Qarabağın dirçəlişi və reinteqrasiyası

Lokal xarakterli antiterror tədbirləri uğurla davam edir - VİDEO

Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Sputnik
BAKI, 20 sentyabr - Sputnik. Sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
"Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib", - nazirlik qeyd edib.