DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Etirazçılar Rusiya səfirliyini bağlayıblar, Moskva Ermənistana nota verib

Rusiyanın Ermənistandakı səfirliyi nümayişçilər tərəfindən bloklanıb və bu səbəbdən səfirlik əməkdaşları binanı tərk edə bilmirlər.
Sputnik
BAKI, 20 sentyabr - Sputnik. İrəvanda etiraz aksiyalarında vəziyyət gərginləşib.
APA xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi polislə toqquşmada 35 etirazçının xəsarət aldığını bildirib.
Hökumət binalarının üstünə snayperlər yerləşdirilib, aksiyalar davam edir.
***
Rusiyanın İrəvandakı səfirliyinin binası etirazçılar tərəfindən tamamilə bağlanıb, diplomatik nümayəndəlik tədbir görmək üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.
Bu barədə TASS məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın Ermənistandakı səfirliyi nümayişçilər tərəfindən bloklanıb və bu səbəbdən səfirlik əməkdaşları binanı tərk edə bilmirlər.
"Səfirliyin binası bloklanıb. Binanın əsas girişində çoxlu nümayişçi var. Arxa giriş də bağlanıb, lakin o tərəfdə neçə nəfərin olduğu bəlli deyil”, - deyə agentliyin səfirlikdəki həmsöhbəti bildirib.