Qarabağın dirçəlişi və reinteqrasiyası

Erməni silahlıların tərksilah olunması barədə Azərbaycana zəmanət verilib - Hikmət Hacıyev

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə də lazımi məlumatları vermişdi.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. "Qarabağdakı erməni hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu. Ona görə də Azərbaycan Ordusu məhdud, lokal antiterror tədbirləri keçirməli oldu". Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.
Brifinq
Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunun təmiri reinteqrasiyanı vəd edir:
"Azərbaycan Ordusu həssaslıqla davrandı, mülki obyektlərə zərbə endirmədi. Bir daha demək istəyirəm ki, antiterror tədbirləri lokal və məhdud şəkildə həyata keçirildi".
H.Hacıyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə də lazımi məlumatları vermişdi:

"Azərbaycan antiterror tədbirlərinin məqsədini açıqladı. Biz təkliflərimizi verdik və prosesin dayanması barədə razılıq əldə olundu. Artıq erməni silahlıların tərksilah olunması barədə Azərbaycana zəmanət verilib".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.