Qarabağın dirçəlişi və reinteqrasiyası

Azərbaycan Ermənistanla əlaqələrin normallaşmasına sadiqdir - Prezidentin köməkçisi

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Qarabağın erməni sakinlərinin geniş formada sosial-iqtisadi inteqrasiyası üçün plan hazırdır.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. Prezident Administrasiya tərəfindən göndərilən dəvətdən, əfsus ki, separatçı rejim tərəfindən imtina edilirdi.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
O qeyd edib ki, Qarabağın erməni sakinlərinin sosial-iqtisadi inteqrasiyası Azərbaycanın daxili məsələsidir.
Brifinq
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Qarabağın erməni sakinlərinin geniş formada sosial-iqtisadi inteqrasiyası üçün plan hazırdır və bu, müvafiq aidiyyət qurumlarla hazırlanıb.
"Azərbaycan regional sülh gündəliyinə sadiqdir. Azərbaycan reinteqrasiya üçün əlindən gələni edəcək. Azərbaycan həmçinin Ermənistanla əlaqələrin normallaşmasına və sülhə sadiqdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qarabağın dirçəlişi və reinteqrasiyası
Erməni silahlıların tərksilah olunması barədə Azərbaycana zəmanət verilib - Hikmət Hacıyev