BAKI, 19 sentyabr — Sputnik. Zelenski Qərb siyasətçilərini tənqid etməkdən daha çox onlara təşəkkür etməyin vacibliyini dərk edib.
Bunu icmalçı Endryu Kramer "New York Times" qəzetinə yazdığı məqalədə qeyd edib.
"Bu, Zelenskinin müttəfiqlərini təhqir etməsi və onlardan silah tələb edərək nankor görünməsi ilə bağlı tənqiddən sonra onun danışıq tərzisinin və yanaşmasının dəyişikliyidir", - nəşrdə qeyd edilib.
Kramer izah edib ki, Qərb siyasətçiləri Zelenskiyə daha çox təşəkkür etməyi tövsiyə ediblər.
"Görünür, Zelenski bu mesajı dərk edib", - deyə jurnalist qeyd edib.
Kramer, adı açıqlanmayan Ukrayna rəsmisinin sözlərinə istinad edərək vurğulayıb ki, Zelenskinin ABŞ-a səfərinin əsas məqsədi "Prezidentə, Konqresə və ABŞ xalqına böyük təşəkkür mesajı" olacaq.
Sentyabrın 12-də Zelenski Kiyevə "kifayət qədər dəstəyinin olmaması" və "Rusiyaya təzyiqin zəif olması" iddiası ilə BMT-ni aqressiv şəkildə tənqid etməyə başlayıb. Zelenski hesab edir ki, BMT "dünyanı birləşdirmək" üçün ən yaxşı platforma ola bilər, lakin bu, baş vermir.
Xatırladaq ki, iyulun 13-də Vilnüsdə baş tutan sammitdən və İngiltərənin sabiq müdafiə naziri Ben Uollesin Zelenskini müttəfiqlərin göstərdiyi köməyə görə daha çox minnətdar olmağa çağırışından sonra Ukrayna prezidenti səkkiz dəqiqə ərzində 47 dəfə çox sağolunun dediyi "təşəkkür" videosu yayımlayıb.
Zelenski Prezident Baydenə və bütün ABŞ-a təşəkkür etdiyini bildirib. …Sammitin təşkilinə görə Litvaya təşəkkür edirik. Hollandiyaya..., Danimarkaya..., Fransaya və cənab Prezident Makrona təşəkkür edirəm.