BAKI, 19 sentyabr — Sputnik. Azərbaycanın Dağlıq Qarabağdakı əməliyyatı ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvana Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xatırladıb.
"Rəsmi İrəvan tərəfindən Dağlıq Qarabağın Azərbaycana məxsus kimi tanınması necə olacaq?" – deyə o, özünün "Telegram" kanalında Ermənistan Xarici İşlər Nazirliyinin münaqişənin dayandırılması üçün tədbirlər görmək çağırışlarına cavab olaraq yazıb.
Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi konstitusiya quruluşunu bərpa etmək məqsədilə Dağlıq Qarabağda yerli xarakterli "antiterror tədbirləri" başladığını bəyan edib. Mariya Zaxarova, onu da qeyd edib ki, Moskvada münaqişənin gərginləşməsindən narahatdırlar.
"Rusiya Ermənistanı və Azərbaycanı sülh danışıqlarına başlamağa çağırır", - deyə o, bildirib.
Xatırladaq ki, aprel ayında Ermənistan Baş naziri Nikol Paşinyan Ali Avrasiya Iqtisadi Şurasının genişləndirilmiş iclasında bildirib ki, Ermənistan və Azərbaycan ölkələrin ərazi bütövlüyünün tanınması barədə razılığa gəliblər. Azərbaycan lideri İlham Əliyev vurğulayıb ki, Bakının İrəvana heç bir ərazi iddiası yoxdur.