"Xınalıq kəndi və Köç yolu" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Bu barədə UNESCO-nun Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qərar qəbul edilib.
Qeyd edək ki, bu, Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş 5-ci ərazisidir.
Xatırladaq ki, 45-ci sessiyada daha əvvəl Azərbaycanın "Hirkan meşələri" nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu, Azərbaycanın Ümumdünya İrs Siyahısına daxil edilmiş 1-ci təbiət ərazisidir.