Qarabağın dirçəlişi və reinteqrasiyası

Türkiyə XİN: Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməli oldu

Azərbaycan və Ermənistan arasında indiyədək ciddi şəkildə həyata keçirilən hərtərəfli danışıqlar prosesinin nəticə verəcək şəkildə davam etdirilməsi, regionda sülhün, təhlükəsizliyin, firavanlığın və daimi sabitliyin bərqərar olmasının yeganə yoludur.
Sputnik
BAKI, 19 sentyabr - Sputnik. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən üç ilə yaxın müddətdə yerlərdəki vəziyyətlə bağlı haqlı narahatlığın həllini tapmaması nəticəsində Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməli oldu.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

"Hesab edirik ki, Azərbaycan və Ermənistan arasında indiyədək ciddi şəkildə həyata keçirilən hərtərəfli danışıqlar prosesinin nəticə verəcək şəkildə davam etdirilməsi, regionda sülhün, təhlükəsizliyin, firavanlığın və daimi sabitliyin bərqərar olmasının yeganə yoludur", - açıqlamada bildirilir.
Xatırladaq ki, sentyabrın 19-da səhər saatlarında Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror əməliyyatlarına başlanılıb.
Qarabağın dirçəlişi və reinteqrasiyası
Rusiya ümid edir ki, Ermənistan Qərbin avantürasının təhlükəsini dərk edəcək - Zaxarova