BAKI, 19 sentyabr — Sputnik. Rusiya mağazaları Qərbin çoxsaylı sanksiyalarına baxmayaraq, münasib qiymətə müxtəlif məhsullarla doludur.
Bu barədə Polşanın "O2" portalı məlumat yayıb.
Portal sosial şəbəkələrdə sanksiyalar altındakı həyatdan, eləcə də XHƏ başlayandan bəri mağazalarda məhsulların çeşidinin və qiymətinin necə dəyişdiyindən danışan rusiyalı qadın haqqında material dərc edib.
Qadının videolarından belə başa düşmək olar ki, Rusiya sanksiyalara görə bir sıra çətinliklər yaşayır, lakin onların öhdəsindən uğurla gəlir. Onun videolarında, həmçinin stoklanmış mağaza rəfləri, açıq restoranlar və qalereyalar var.
Bundan əlavə, keyfiyyətcə heç də xarici məhsullardan aşağı olmayan çoxsaylı analoqları istehsal edən Rusiya şirkətləri ölkədən çıxan markaları uğurla əvəz ediblər. Belə ki, portal "McDonalds"ın analoqu olan "Vkusno – i toçka" fast-fud restoranlar şəbəkəsini misal gətirib.
Bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin demişdi ki, Qərb ölkələri Rusiyaya qarşı başlatdıqları ticarət müharibəsində uduzduqlarını bəyan ediblər. Onun sözlərinə görə, Moskva XHƏ başlayandan sonra Qərb ölkələrinin dondurduğundan artıq vəsait qazanıb.