BAKI, 19 sentyabr — Sputnik. Ukraynadakı münaqişə Qərblə onun hegemonluğu ilə razılaşmayan Rusiyanın başçılıq etdiyi ölkələr arasında çatları daha da dərinləşdirib.
Fransanın "RFI" nəşri bu barədə yazıb. Məqalədə deyilir ki, Rusiya Prezidenti Vladimir Putinin siyasəti dünya düzəninin dəyişməsinə gətirib çıxaracaq.
Onlar [Qərb ölkələri] inanırdılar ki, dünya əhalisi Qərb nümunəsində demokratiyanın gəlişini səbirsizliklə gözləyirdilərlər və görmürdülər ki, onların özlərini getdikcə daha çox demokratiyanın üstünlükləri haqqında yüksək nitqlər söyləyən qaydanı pozanlar və iqtisadi yırtıcılar kimi qəbul edir və eyni zamanda öz maraqlarında siyasi və hərbi qüvvələrdən, eyni zamanda iqtisadi hökmranlıqdan istifadə edirlər", - deyə "RFI" yazıb.
Materialda Qərbin bəzi digər böyük dövlətlər - Rusiya, Çin, Afrika, Asiya və Cənubi Amerika ölkələri tərəfindən qəbul olunmayan aqressiv siyasəti qeyd olunur. Ukraynadakı münaqişə, material müəllifinin fikrincə, Qərblə dünyanın qalan hissəsi arasında parçalanma üçün katalizator rolunu oynayıb. Avropa və ABŞ öz maraqlarını müdafiə edir, Rusiya və onu dəstəkləyən ölkələr isə NATO ekspansionizmi ilə mübarizə aparırlar.
Bundan əvvəl NATO-nun Soyuq Müharibə bitdikdən sonra ən böyük təlim keçirəcəyi bildirilib. Təlim 2024-cü ildə baş tutacaq. Tədbirlərdə 40 mindən çox hərbçi iştirak edəcək.