BAKI, 19 sentyabr — Sputnik. 16 nəfərin öldüyü bazara zərbəni Ukrayna ordusu vurub.
Amerikanın "New York Times" qəzeti Konstantinovka faciəsi ilə bağlı öz araşdırması aparıb və belə nəticəyə gəlib.
"New York" Times tərəfindən toplanan və təhlil edilən dəlillər, o cümlədən raket parçaları, peyk şəkilləri, şahidlərin hesabları və sosial şəbəkələrdəki paylaşımlar fəlakətli zərbənin "Buk" raket sistemindən atılan səhv Ukrayna hava hücumundan müdafiə raketi tərəfindən törədildiyini qəti şəkildə göstərir", - məqalədə belə yazılıb.
Xatırladaq ki, sentyabrda Ukrayna ordusunun nəzarətində olan Konstantinovka şəhərinin bazarına raket hücumu həyata keçirilib. 16 nəfər ölüb, 33 nəfər yaralanıb.
Nəşr araşdırmasının nəticələrini Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a gəldiyi gün dərc edib.
Qeyd edilib ki, Kiyev hakimiyyəti zərbədən dərhal sonra qəzetin jurnalistlərinin raket qalıqları və qəza yerinə daxil olmasına mane olmağa çalışsa da, müxbirlər yenə də ora getməyə, şahidlərlə müsahibə aparmağa və mərminin qalıqlarını toplamağa nail olublar.
Qəzetin yazdığına görə, zərbədən əvvəl müşahidə kameralarının görüntülərindən görünür ki, azı dörd piyada eyni anda başlarını yaxınlaşan mərmi səsinə çeviriblər - onlar Kiyevin nəzarəti altında olan əraziyə baxırlar.
Partlayışdan bir neçə saniyə əvvəl iki park edilmiş avtomobilin üstündə uçan raketin əks olunması onun şimal-qərbdən hərəkət etdiyini təsdiqləyir.
Eyni istiqamət, meydana gələn krateri və zədələri araşdıran partlayıcı ekspert tərəfindən də təsdiqlənib.
Yerli sakinlər "NYT"yə bildiriblər ki, Ukrayna əsgərləri Drujkovka şəhərindən cəbhə xəttinə doğru iki zenit raketi atıblar. Qəzetin orada olan jurnalistləri atış səslərini eşidiblər. Bu barədə sosial şəbəkələrdə yerli sakinlər də yazıblar. Atışların vaxtı raketin Konstantinovka bazarına düşdüyü vaxta uyğundur.
Bundan əlavə, bir hadisə şahidi "NYT"yə bildirib ki, raketlər şəhərin kənarındakı hərbçilərin müntəzəm olaraq istifadə etdiyi ərazidən atılıb. Nəşrin jurnalistləri oraya baş çəkib və son vaxtlar qoşunların mövcudluğunun əlamətlərini görüblər.
Nəşr belə qənaətə gəlib ki, zərbə yerində tapılan dəliklərin və parçaların ölçüləri forma və ölçülərinə görə "Buk" hava hücumundan müdafiə sistemindən buraxılan "9M38" raketinə uyğundur.
Araşdırmanın nəticələrinə yekun vuran "NYT" raketin Konstantinovkaya niyə düşməsinin aydın olmadığını vurğulayır. Ola bilsin ki, nasazlıq olub və hədəfə çatmamış qəzaya uğrayıb. Belə bir qısa - 16 kilometrdən az məsafədə raket, çox güman ki, yanacağın yalnız kiçik bir hissəsini sərf edib, qalan hissəsi partlayıb və ya zərbə zamanı alovlanıb. Bazardakı güclü yanğını bununla izah etmək olar.
Anti-Rusiya mövqeyi ilə tanınan "Bild" qəzetinin şərhçisi Yulian Ryöpke artıq Konstantinovkada partlayan raketin Ukrayna hərbçiləri tərəfindən buraxılması haqda yazıb. O, zərbənin görüntülərini təhlil etdikdən sonra bu qənaətə gəlib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskinin sentyabrın 10-da dediyi kimi, Qərb və Kiyev rejimi Konstantinovkaya raket zərbəsini "unutmağa" çalışırlar, necə ki, kimin həyata keçirdiyi bəlli olan kimi Kramatorskdakı zərbəni "unutdular".