BAKI, 19 sentyabr - Sputnik. Hazırda Azərbaycanın Qarabağ bölgəsində lokal antiterror tədbirləri əməliyyatına cəlb olunan şəxsi heyətin psixoloji vəziyyəti yüksək səviyyədədir, hər bir təminatla təmin olunurlar.
Bunu Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı növbəti brifinqdə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.
“Həmçinin media nümayəndələrini yalnız rəsmi məlumatlara istinad etməyə və rəsmi xəbərləri tirajlamağa çağırırıq", - MN sözçüsü deyib.
Onun sözlərinə görə, mülki infrastrukturu və mövqelərimizi artilleriya qurğuları, eləcə də müxtəlif çaplı silahlardan atəşə məruz qoyan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzun müddətli atəş nöqtələri, sursat anbarı, hərbi təyinatlı radiotexkik qovşağı, eləcə də döyüş vasitələri sıradan çıxarılıb.
O qeyd edib ki, bu barədə MN daha ətraflı məlumat verəcək.
17:05
Sentyabrın 19-da səhər saatlarında Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror əməliyyatlarına başlanılıb. Yüksək dəqiqlikli silahlarla Qarabağ bölgəsindəki hərbi hədəflər vurulub, mülki obyektlər hədəfə alınmayıb. Bu barədə Müdafiə Nazirliyində keçirilən brifinqdə Anar Eyvazov məlumat verib.
O bildirib ki, Rusiya sülhməramlı kontingenti əməliyyat barədə mütəmadi məlumatlandırılıb: "Mülki əhalini Ermənistan hərbi birləşmələrinə tabe olmamağa çağırırıq. Əhalinin keçidinin təmin edilməsi məqsədilə Laçın yolu üzərində təhlükəsiz dəhliz yaradılıb".
O bildirib ki, Rusiya sülhməramlı kontingenti əməliyyat barədə mütəmadi məlumatlandırılıb: "Mülki əhalini Ermənistan hərbi birləşmələrinə tabe olmamağa çağırırıq. Əhalinin keçidinin təmin edilməsi məqsədilə Laçın yolu üzərində təhlükəsiz dəhliz yaradılıb".
Qanunsuz silahlı birləşmələrinin əməllərinə qarşı müvafiq antiterror əməliyyatı keçirilir. Bunu isə barədə DTX-nın mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov deyib.