PAYTAXT XƏBƏRLƏRİ

Bakının bu rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq

Buna təmir-bərpa işlərinin aparılması səbəb olacaq.
Sputnik
BAKI, 19 sentyabr - Sputnik. Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Dövlət Su Ehtiyatları Agentliyinin yaydığı məlumatda deyilir ki, buna təmir-bərpa işlərinin aparılması səbəb olacaq.
“Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 19 sentyabr tarixində gün ərzində Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə məlumatda bildirilir.