MƏDƏNİYYƏT

Bakıda bal rəqsləri üzrə dünya çempionatı keçiriləcək

Oktyabrda keçiriləcək çempinatda beşqat dünya çempionları, Azərbaycanın əməkdar idman ustaları Eldar Cəfərov və Anna Sajina da çıxış edəcəklər
Sputnik
BAKI, 19 sentyabr — Sputnik. Oktyabrın 28-29-da Bakıda bal rəqsləri üzrə dünya çempionatı keçiriləcək.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, dünyanın ən yaxşı cütlüklərinin təqdim olunacağı turnir ilk dəfə təşkil olunacaq.
Çempinatda beşqat dünya çempionları, Azərbaycanın əməkdar idman ustaları Eldar Cəfərov və Anna Sajina da çıxış edəcəklər.