BAKI, 19 sentyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin senytabrın 19-u saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağda qar yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Astarada 48 mm, Oğuzda 39 mm, Lerikdə 34 mm, Qəbələdə 33 mm, İmişli, Qax (Sarıbaş), Şəkidə 29 mm, Beyləqanda 22 mm, Sabirabadda 21 mm (aylıq normanın 106%-i), İsmayıllıda 20 mm, Balakən, Ağdamda 19 mm (aylıq normanın 56%-i), Lənkəranda 18 mm, Biləsuvarda 17 mm (aylıq normanın 98%-i), Zaqatalada 16 mm, Göyçayda 13 mm, Yardımlı, Şahdağda 12 mm, Zərdab, Tərtərdə 11 mm, Kürdəmir, Bərdə, Yevlax, Göygöl, Neftçala, Qusar, Daşkəsən, Şamaxı, Gədəbəy, Naftalan, Gəncə, Qobustan, Xaltan, Ağsu, Mingəçevir, Şirvan, Göytəpədə 8 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm olub.
Ölkə ərazisində müşahidə olunun qeyri-sabit, yağıntılı hava şəraitinin sentyabrın 19-u gündüz saatlarınadək davam edəcəyi, 20-21-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.