İQTİSADİYYAT

Azərbaycanda deputat kredit təşkilatındakı payını satıb

Onun payını BOKT-un əsas səhmdarı Elşad Abbasov alıb və payını 51 %-dən 86 %-ə çatdırıb.
Sputnik
BAKI, 19 sentyabr - Sputnik. "Embafinans" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 35 %-nə nəzarət edən Məşhur Məmmədov payını satıb.
"Report" xəbər verir ki, onun payını BOKT-un əsas səhmdarı Elşad Abbasov alıb və payını 51 %-dən 86 %-ə çatdırıb.
Səhmlərin qalan 14 %-i isə əvvəlki qaydada Tamara Polyakovaya məxsusdur.
M.Məmmədov Milli Məclisin VI çağırış deputatı, parlamentin İntizam Komissiyasının üzvüdür.
Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır