BAKI, 19 sentyabr — Sputnik. Astara rayonunda selin törətdiyi fəsadlar artmaqdadır. Ötən gecə Astara rayonunun Şağlazüzə kəndində Pensər - Şağlazüzə - Şamətük kəndlərini birləşdirən dağlıq yol çöküb. Yolda nəqliyyatın hərəkəti daynıb.
Şağlazüzə - Siyokəş yolunu birləşdirən körpünü də sel suları dağıdıb. Ərazidə təmir-bərpa işlərini aparmaq üçün isə öncə dünən dağılan Vaqo körpüsü bərpa olunmalıdır.