DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya qiymətli resursu - ukraynalı qaçqınları Polşanın əlindən alır

Rusiya-Polşa Dialoq və Razılıq Mərkəzinin rəhbəri Yuri Bondarenko bildirib ki, Polşada yaşayan ukraynalı qaçqınlar hərbi əməliyyatlarda iştirak etmək istəmədikləri üçün Ukraynaya qayıtmaq istəmirlər.
Sputnik
BAKI, 19 sentyabr — Sputnik. Almaniya hakimiyyəti işçi qüvvəsi çatışmazlığı səbəbindən qiymətli resursu - Ukraynadan olan qaçqınları Polşanın "əlindən alır".
Bu barədə Rusiya mediası "Advance" nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Rusiyanın xüsusi hərbi əməliyyatı (XHƏ) başlayandan sonra ukraynalı qaçqınların çoxu "Kiyevin əsas müttəfiqlərindən biri" rolunu öz üzərinə götürən Polşada məskunlaşıblar. Lakin hazırda Ukraynadan olan qaçqınların sayına görə Almaniya Varşavanı qabaqlayıb.
"Nə baş verir? Hazırda ukraynalı qaçqınlar Polşanı tərk edirlər. Onlar Almaniyaya gedirlər, burada onları daha yüksək maaşlar və digər dövlət üstünlükləri cəlb edir", - nəşrdə yazılıb.
Belə ki, bir il ərzində 350 mindən çox ukraynalı Polşanı tərk edib. Lakin onların əksəriyyəti Almaniyaya köçüb.
Bu yaxınlarda Rusiya-Polşa Dialoq və Razılıq Mərkəzinin rəhbəri Yuri Bondarenko bildirib ki, Polşada yaşayan ukraynalı qaçqınlar hərbi əməliyyatlarda iştirak etmək istəmədikləri üçün Ukraynaya qayıtmaq istəmirlər.