DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-ın dövlət borcu rekord həddə çatıb

ABŞ Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün təcili tədbirlər görməyə məcbur olub.
Sputnik
BAKI, 19 sentyabr — Sputnik. ABŞ-ın dövlət borcu ilk dəfə olaraq 33 trilyon dolları ötüb. Bu barədə ABŞ Maliyyə Nazirliyi bildirir.
Açıqlanan məlumata görə, bu ilin sentyabr ayının əvvəlindən ümumi dövlət borcu tarixi rekorda yaxınlaşır. Son məlumata görə, dövlət borcunun məbləği 33,04 trilyon dolları ötüb.
ABŞ-ın milli borcu federal hökumətin öz kreditorlarına olan ümumi borcdan ibarətdir. Bu ilin əvvəlində ABŞ dövlət borcunun ən yüksək həddi 31,4 trilyon dolları keçib. Bunun ardınca ABŞ Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün təcili tədbirlər görməyə məcbur olub. ABŞ-da 20 ildən artıqdır ki, büdcə kəsiri var.
Daha əvvəl bildirilmişdi ki, "Fitch" ABŞ-ın reytinqini AAA-dan AA+-a endirərək, ən yüksək reytinqini ləğv edib. Bu, ABŞ-ın artan milli borcu və "idarəetmənin aşınması" ilə əsaslandırılıb.