BAKI, 18 sentyabr - Sputnik. "Azərbaycanda ən çox sel və daşqın hadisələri bu il qeydə alınıb. Belə ki, bu ilin 8 ayında ölkədə 140-dan çox belə təbiət hadisəsi baş verib".
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva pestisidlərin həyat dövriyyəsinin idarə edilməsinə həsr olunan regional seminarda çıxışı zamanı deyib.
O bildirib ki, ətraf mühitin qorunmasına böyük önəm verilməlidir: "İnkişafın davamlılığı ətraf mühitin qorunması nəticəsində mümkün ola bilər. İqlim dəyişiklikləri kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində problemlərə gətirib çıxarır".