RUSİYA

Rusiya Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasından çıxa bilər

Rusiya Federasiya Şurasının vitse-spikeri bildirib ki, BMT orqanlarının tədricən dağılması müşahidə olunur və bunu səmimi təəssüf hissi ilə qarşılayır.
Sputnik
BAKI, 18 sentyabr — Sputnik. Rusiya Ukraynanın ölkəmizə qarşı iddiası ilə bağlı dinləmələrə başlayan Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasından çıxmağı nəzərdən keçirə bilər. Bu fikri Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.
Ukrayna Rusiya Federasiyasını Soyqırım Konvensiyasını pozmaqda ittiham edir.
"Qərarın mümkün qədər siyasiləşdiriləcəyinə şübhə yoxdur. Beynəlxalq Ədalət Məhkəməsi Kiyevin və kollektiv Qərbin ardınca getsə, Rusiya və digər dövlətlərin bir vaxtlar nüfuzlu ədliyyə orqanına olan inamını həmişəlik itirəcək. Əgər işə baxılması nəticəsində qanuni qərar əvəzinə açıq-aşkar cəfəngiyyata ortaya çıxacaqsa, Rusiya Beynəlxalq Məhkəmənin yurisdiksiyasından çıxma ssenarisini nəzərdən keçirməli olacaq. Bu, asan hüquqi iş deyil, çünki bu, BMT-nin əsas orqanlarından biridir və Beynəlxalq Ədalət Məhkəməsinin Nizamnaməsi BMT Nizamnaməsinin ayrılmaz hissəsidir", - Kosaçev teleqram-kanalında yazıb.
O əlavə edib ki, bütün BMT orqanlarının tədricən dağılması müşahidə olunur və bunu səmimi təəssüf hissi ilə qarşılayır.