BAKI, 18 sentyabr - Sputnik. Nobel Fondu Nobel mükafatının məbləğini ötən illə müqayisədə 1 milyon kron - təxminən 90 min dollar artıracaq.
“Nobel Fondu 2023-cü il Nobel mükafatının məbləğinin hər kateqoriya üzrə 11 milyon kron (təxminən 984 min dollar – red.) olacağına qərar verib. Bu, əvvəlki illərlə müqayisədə hər kateqoriya üzrə 1 milyon kron artım deməkdir”, - deyə fondun rəsmi saytında bildirilir.
2022-ci ilin sonunda Nobel Fondunun sərmayə qoyulmuş kapitalının bazar dəyəri 5,8 milyard krondan (təxminən 519 milyon dollar - red.) bir qədər az idi. Builki qaliblərin elanı oktyabrın 2-də başlayacaq.
Oktyabrın 2-dən 9-dək müxtəlif sahələr üzrə Nobel mükafatçılarının elan olunacağı Stokholm və Osloda Nobel Həftəsi keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.