SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Laçın və Ağdam yolları vasitəsilə Qarabağa növbəti humanitar yardım partiyası çatdırılacaq

Ağdam vasitəsilə çatdırılmalara gəlincə, Rusiya və İsveçrədə istehsal olunan tibbi-gigiyena ləvazimatları gəlib, yoxlanıldıqdan sonra lazım gəldikdə istifadə olunacaq.
Sputnik
BAKI, 18 sentyabr — Sputnik. Qarabağın erməniəsilli sakinləri üçün humanitar yardımın növbəti partiyası bir neçə gündən sonra Rostov-na-Donudan Laçın və Ağdam marşrutu ilə çatdırılacaq. Bu barədə Ermənistanın İctimai Televiziyası xəbər verib.
Qeyd olunur ki, sentyabrın 18-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi bölməsi və Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə əldə olunmuş razılığa əsasən, Laçın dəhlizi ilə Ermənistan istehsalı olan 23 tona yaxın un daşınıb.
Ağdam vasitəsilə çatdırılmalara gəlincə, Rusiya və İsveçrədə istehsal olunan tibbi-gigiyena ləvazimatları gəlib, yoxlanıldıqdan sonra lazım gəldikdə istifadə olunacaq.
Xatırladaq ki, sentyabrın 12-də Rusiyanın humanitar yardım yükü Əsgəran şəhərindən keçib. Sonra məlumat verilib ki, Laçın dəhlizi ilə humanitar yüklərin daşınmasının Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bərpa olunmasına dair razılıq əldə olunub.
Sentyabrın 17-də BQXK-nın və Rusiya sülhməramlılarının Laçın yolu və Ağdam-Xankəndi marşrutu üzrə yüklərin paralel çatdırılması təklifi qəbul edilib.