MƏDƏNİYYƏT

Bakıdakı Rus evində gənc rəssamların əl işləri sərgilənir

Azərbaycanın Rus Gəncləri Assosiasiyasının təşkilatçılığı ilə gənc istedadların sərgisi təşkil olunub.
Sputnik
BAKI, 18 sentyabr — Sputnik. Bakıdakı Rus evində Azərbaycanın Rus Gəncləri Assosiasiyasının təşkilatçılığı ilə gənc istedadların sərgisi təşkil olunub.
Bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən bildirilib.
Bakıdakı Rus evində gənc rəssamların əl işləri
Sərgidə qonaqlara Bakı Slavyan Universitetinin magistrantı Arzu Muradova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Nərgiz Kəngərli və gənc rəssam Tünzalə Məmmədlinin əl işləri təqdim olunub.
Təqdim olunan əl işləri ilə sentyabrın 23-dək tanış olmaq olar.