CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan öz turizm potensialını İspaniyada sərgiləyəcək

Turizm sərgisində bu il bir min sərgi iştirakçısının, ümumilikdə isə 15 mindən çox qonağı bir araya gətirməsi gözlənilir.
Sputnik
BAKI, 18 sentyabr — Sputnik. Azərbaycan noyabrın 28-30-u tarixlərində İspaniyanın Barselona şəhərində keçiriləcək turizm sərgisində iştirak edəcək.
Bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.
Qeyd edək ki, turizm sərgisində bu il bir min sərgi iştirakçısının, ümumilikdə isə 15 mindən çox qonağı bir araya gətirməsi gözlənilir. O, Avropanın ən böyük və ən müasir sərgi məkanlarından biri olan "Fira Barcelona Gran Via"da keçiriləcək.
Xatırladaq ki, cari ilin aprel ayında Bakı Ekspo Mərkəzində pandemiya ilə bağlı yaranan 3 illik fasilədən sonra 19-cu Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" ("AITF 2023") sərgisi keçirilib.
Sərgiyə Azərbaycanla yanaşı dünyanın müxtəlif ölkələrindən - Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya, Tunis və başqa ölkələrdən olan şirkətlər qatılıb.