DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran Prezidenti ABŞ-a gedir

Səfər çərçivəsində İran Prezidentinin bir sıra dövlət başçıları ilə görüşlər keçirəcəyi qeyd olunub.
Sputnik
BAKI, 17 sentyabr-Sputnik. İran Prezidenti İbrahim Rəisi bu gecə ABŞ-a səfər edəcək.
Bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, İbrahim Rəisi Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edəcək.
Səfər çərçivəsində İran Prezidentinin bir sıra dövlət başçıları ilə görüşlər keçirəcəyi qeyd olunub.
Qeyd edək ki, Baş Assambleyanın hər il baş tutan ənənəvi sessiyası təşkilata üzv olan 193 ölkənin BMT-nin büdcəsini müəyyən etdiyi, Təhlükəsizlik Şurasına qeyri-daimi üzvləri seçdiyi və müxtəlif məsələlərlə əlaqədar sessiya çərçivəsində keçirilən iclaslarda iştirak etdiyi dövrdür.
Baş Assambleyanın əsas tədbirləri sentyabrın 19-25-də keçiriləcək yüksək səviyyəli həftə olacaq. Burada beynəlxalq vəziyyətə dair baxışlarını təqdim etmək və qlobal çağırışlarla mübarizə istiqamətlərini müəyyən etmək üçün dünya ölkələrinin liderləri və xarici işlər nazirləri bir araya gələcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.