Heydər Əliyev ili

Bakıda “Heydər Əliyev və Türkiyə Yüz İli” adlı tədbir keçiriləcək

Türkiyə-Azərbaycan Yüzüncü İl Platforması qardaş ölkənin parlamentinin çoxsaylı ali təhsil müəssisələrində fəaliyyət göstərən nüfuzlu elm adamlarının məsləhətləri və fəxri üzvlükləri əsasında yaradılıb.
Sputnik
BAKI, 17 sentyabr - Sputnik. Türkiyə-Azərbaycan Yüzüncü İl Platformasının Təşkilat Komitəsinin təşkilatçılığı ilə sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında “Heydər Əliyev və Türkiyə Yüz İli” adlı tədbir keçiriləcək. Bu barədə Azərtac xəbər yayıb.
Bildirilir ki, tədbir Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 2022-ci il 29 sentyabr tarixli Sərəncamının bir illiyinə, eyni zamanda, qardaş Türkiyə Prezidenti Ərdoğanın “Türkiyə Yüz İli” vizyonuna həsr olunacaq.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Yüzüncü İl Platforması (TAYİP) qardaş Türkiyə parlamentinin çoxsaylı deputatları, müxtəlif qurum rəhbərləri, eyni zamanda, ali təhsil müəssisələrində fəaliyyət göstərən nüfuzlu elm adamlarının məsləhətləri və fəxri üzvlükləri əsasında yaradılıb.
O da qedy olunur ki, platformanın qarşıya qoyduğu əsas məqsədlər arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının və qardaş Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr ediləcək tədbirlərin təşkili xüsusilə təqdirəlayiqdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.