BAKI, 17 sentyabr - Sputnik. Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Azərbaycanın “Hirkan meşələri” nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Bu barədə Azərbaycanın UNESCO-nun yanındakı nümayəndəliyi sosial şəbəkədə məlumat yayıb.
“Bu, Azərbaycanın Ümumdünya İrs Siyahısına daxil edilmiş 1-ci təbiət ərazisidir”, - deyə nümayəndəlik bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.