"Həmin vaxt ABŞ-ın xüsusi xidmət orqanları Ərdoğanın hakimiyyətdən devrilməsi üçün özünün NATO üzrə müttəfiqləri Yunanıstan və İtaliyanı, həmçinin Yaxın Şərqin bir sıra ölkələrini təhlükəyə atmışdı. Yaxşı ki, qiyam uğursuz oldu, əks halda, biz yenə də “insan hüquqlarının müdafiəsi” üzrə növbəti beynəlxalq koalisiyanın şahidi ola bilərdik", - deyə tarixçi bildirib.
“Mən bu kontekstdə “Ermənistan” kəlməsini işlətmək istəmirəm, çünki ermənilərin əksəriyyəti Rusiya, Fransa və bütünlükdə Avropanı özlərinə yaxın hiss edirlər, onların siyasi rəhbərliyi isə nəzərlərini Vaşinqtona yönəldib. Mahiyyət etibarilə, tam açıq söyləmək olar ki, məhz erməni siyasi elitası amerikalıları Cənubi Qafqaz regionuna gətirib. Bununla bağlı növbəti dəfə xatırlatmaq yerinə düşər ki, ABŞ-ın Bağdaddan sonra sayca ikinci böyük səfirliyi (5 min nəfərlik və 6 hektar ərazini əhatə edən) İrəvanda yerləşir. Orada diplomatiya pərdəsi altında Birləşmiş Ştatlar ordusunun “Bastion” sisteminə xidmət göstərən hərbi-texniki kəşfiyyat briqadası, habelə hökumətlərarası sazişə əsasən Ermənistanda yerləşən Rusiya hərbçilərinə qarşı dəniz piyadası briqadası yerləşdirilib. Bağdad və İrəvandakı səfirliklər ABŞ-ın Yaxın Şərq, Ön və Mərkəzi Asiya regionlarında hərbi-siyasi təsir forpostlarıdır və təəccüblü deyil ki, bu gün rəsmi İrəvan siyasi cəhətdən Vaşinqtona təxminən vaxtilə Kremlə yaxın olduğu qədər daha çox yaxınlaşır”.