DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna taxılının Slovakiyaya idxalına qoyulan qadağa ilin sonuna qədər qüvvədə qalacaq

Slovakiya hökuməti Ukraynadan buğda, qarğıdalı, raps və günəbaxan toxumlarının idxalına qoyulan qadağanı bu ilin sonuna qədər uzadıb.
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. Ukrayna taxılının Slovakiyaya idxalına qoyulan qadağa ilin sonuna qədər qüvvədə qalacaq.
Bu barədə şənbə günü respublika hökuməti bildirib.
Cümə günü Avropa Komissiyası Ukraynanın dörd növ kənd təsərrüfatı məhsulunun ittifaqın bir neçə sərhəd ölkəsinə idxalına qoyulan məhdudiyyətləri uzatmamaq qərarına gəlib, lakin Kiyevi ixraca nəzarət tədbirləri tətbiq etməyə məcbur edib. Slovakiyanın Kənd Təsərrüfatı Nazirliyi bu halda respublikanın qadağanı birtərəfli qaydada uzadacağını bəyan edib.
"Slovakiya hökuməti Ukraynadan buğda, qarğıdalı, raps və günəbaxan toxumlarının idxalına qoyulan qadağanı bu ilin sonuna qədər uzadıb", - Nazirlər Kabinetinin bəyanatında belə deyilir.