BAKI, 16 sentyabr — Sputnik. Birləşmiş Ştatlar taxıl müqaviləsini bərpa etmək üçün maneələri aradan qaldırmır.
“RİA Novosti” verdiyi xəbərə görə, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib.
Diplomatın fikrincə, Ağ Ev, əgər həqiqətən ehtiyacı olan ölkələrin maraqlarını düşünürsə, çoxdan “boş təlqinləri” təkrarlamaqdan sanksiya maneələrini faktiki olaraq aradan qaldırmağa keçməli idi.
Eyni zamanda, Antonov Amerika administrasiyasının Moskvanın guya taxıl müqaviləsinin bərpası şərtlərini daim dəyişdirməsi ilə bağlı bəyanatlarını “mif yaratmaq” adlandırıb.
“Onlar yenidən ağrıyan başdan sağlam başa keçirlər”, - deyə diplomat sözünə davam edib.
O, həmçinin xatırladıb ki, Rusiya hakimiyyəti Qara dəniz təşəbbüsünün işini bərpa etmək üçün qapının açıq qaldığını dəfələrlə bəyan edib.
Daha əvvəl Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Verşinin qeyd edib ki, Moskvanın taxıl sazişinə qayıtması yalnız Rusiya şərtlərinə əməl olunarsa, o cümlədən Rusiyadan kənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarına maneəsiz çıxışı təmin olunarsa mümkündür.