BAKI, 16 sentyabr — Sputnik. Krımdan elektrik katamaranlarının ilk partiyasının BƏƏ və Türkiyəyə 2023-cü ildə çatdırılması planlaşdırılır.
"TASS" bu barədə layihə rəhbəri Sergey Troitskiyə istinadən xəbər verib.
Sahibkarın sözlərinə görə, hazırda mütəxəssislər tərəfindən lazımi mexanizmlər yoxlanılır, nöqsanlar aradan qaldırılır. O qeyd edib ki, ilk 12 katamaran bir həftə ərzində xaricə göndəriləcək: onlardan 8-i Türkiyəyə, 4-ü isə BƏƏ-yə satılacaq. Ümumilikdə 200 ədəd texnika ixrac üçün hazırlanır.
Troitski əlavə edib ki, Hindistan və Misir də Rusiya ilə əməkdaşlıqda maraqlıdır. Onun sözlərinə görə, artıq ölkələrin nümayəndələri katamaranların istehsalı ilə bağlı müvafiq müqavilələr imzalayıblar. O, həmçinin qeyd edib ki, Rusiya Federasiyası əvvəllər Dağıstan və digər dövlətlərə gəmilər göndərib.
"Rusiya istehsalı olan elektrik mühərriklərimiz kiçik gəmilər üçün 15-20 kVt, qayıqlar üçün isə 50 kVt elektrik mühərriki gücünə malikdir. Onlar çox qənaətcil və ekoloji cəhətdən təmizdir", - deyə o izah edib.
Daha əvvəl İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov biznesin Rusiya ÜDM-nin sürətlə bərpasına necə töhfə verdiyini izah edib.