DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

“Geopolitical Monitor”: Kiyev böhrandan sonra NATO-nu xəyal etməməlidir

Ukraynanın alyansa daxil olması çoxlu resurs tələb edəcək. Vaşinqton isə həmin bu resurslardan başqa regionlarda istifadə etmək niyyətindədir.
Sputnik
BAKI, 16 sentyabr - Sputnik. Ukrayna öz ərazisində münaqişə bitdikdən sonra belə NATO-nun bir hissəsi ola bilməyəcək.
“Geopolitical Monitor”un jurnalistləri bunun səbəbini açıqlayıblar.
Müəlliflərin fikrincə, NATO Rusiya ilə Ukrayna arasında süni şəkildə gərginlik yaradıb. Hazırda Kiyevi öz üzvlüyünə qəbul etmək üçün təşkilat nizamnaməsinin beşinci maddəsinə istinad etməlidir.
“Əgər Vaşinqton bunu etməsə, digər ölkələr alyansın öhdəliklərinə inamını itirəcək və bu, NATO-ya etimad böhranı yaradacaq”, - müəlliflər qeyd ediblər.
Həmçinin, Ukraynanın alyansa daxil olması çoxlu resurs tələb edəcək. Vaşinqton isə həmin bu resurslardan başqa regionlarda istifadə etmək niyyətindədir.
ABŞ bilir ki, Rusiya hərbi baxımdan NATO üçün heç bir təhlükə yaratmır. Ukrayna münaqişəsinin özü təşkilat üçün heç bir strateji maraq kəsb etmir. Bütün bu faktlar birlikdə Ukraynaya NATO-da xəyal etdiyi isti yerini unutduracaq.
Bundan əvvəl Ukrayna lideri Vladimir Zelenskinin Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının yüksək səviyyəli həftəsinə qatılacağı bildirilmişdi. Orada o, ABŞ Prezidenti Co Baydenlə görüşəcək və Kiyev üçün aktual məsələləri müzakirə edəcək.