PAYTAXT XƏBƏRLƏRİ

Bakının 7 rayonunda hostellərdən oğurluq edən şəxs saxlanılıb

Əvvəllər də oğurluğa görə məhkum olunmuş Nurani Atakişiyev müəyyən olunaraq saxlanılıb.
Sputnik
BAKI, 16 sentyabr - Sputnik. Bakının 7 rayonunda hostellərdən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 7-də rayon ərazisindəki hostellərin birindən 1080 manat pul, noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nurani Atakişiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.