DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Argentina Latın Amerikası Ölkələri Birliyinin G20-yə daxil edilməsini təklif edib

Argentina prezidenti Alberto Fernandes bunu “77 plus Çin” Qrupunun Kubada keçirilən sammitində bildirib.
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. Argentina Prezidenti Alberto Fernandes Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyinin (CELAC) G20-yə daxil edilməsini təklif edib.
Bundan əvvəl Hindistanın baş naziri Narendra Modi G20 sammitinin ilk sessiyasının açılışında Afrika İttifaqının G20-nin daimi üzvü olduğunu bəyan edib.
"(G20 sammitində) Afrika İttifaqı qrupun bir hissəsi oldu. Afrika qitəsinin sərvətləri dünyanın gücləri tərəfindən talan edilib və bu, talanların davam etməməsi üçün təzminat aktıdır. Mən gələn il Braziliyanın (G20-nin) sədrliyi altında CELAC-ın ona qoşulmasını təklif etdim. Çünki region iqlim dəyişikliyindən ən çox əziyyət çəkən zaman Karib hövzəsinin səsinin təmsil olunmayacağı ağlasığmazdır”, – deyə prezident “77 plus Çin” Qrupunun Kubada keçirilən sammitində bildirib. Onun çıxışı “X” (keçmiş “Twitter”) kanalında yayımlanıb.
O, həmçinin BVF və Dünya Bankı tərəfindən təmsil olunaraq bir sıra ölkələri böhrana sürükləyən, “gəliri az adamın əlində cəmləşdirən və milyonlarla insan arasında yoxsulluğu yayan” beynəlxalq maliyyə sistemində islahatlara çağırıb.