TƏHSİL

Uşağını bağçaya qoya bilməyənlərə şad xəbər

2023-2024-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı növbəyə yazıla bilərlər.
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. Bu gün saat 16:00-dan etibarən valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı növbəyə yazıla bilərlər.
Sputnik Azərbaycan-a bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Qeyd edək ki, 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi ilə bağlı növbəyə yazılma müvəqqəti dayandırılmışdı.