BAKI, 14 sentyabr — Sputnik. Rusiyanın Moskva, Sverdlovsk, Ryazan, Kalininqrad, Kursk, Leninqrad vilayətlərində, habelə Krasnodar və Stavropol bölgələrində yerləşən daha 13 heyvandarlıq məhsulları istehsal edən müəssisə Azərbaycana ixrac tədarükü hüququnu təsdiqləyib. Bu barədə "Rosselxoznadzor"un məlumatında bildirib.
Qərar Azərbaycan Respublikasının Milli Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin əyani və videoyoxlamalarının nəticələrinə əsasən qəbul edilib.
Hazırda Azərbaycan tərəfi bu yaxınlarda öz məhsullarını respublikaya tədarük edən Rusiyanın 40-dan çox müəssisəsində videoyoxlamalar keçirməyi planlaşdırır.
"Rosselxoznadzor"un məlumatında deyilir ki, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq, Azərbaycanın səlahiyyətli idarəsinin mütəxəssisləri tərəfindən müayinə edilmədən əvvəllər sertifikatlaşdırılmış müəssisələrdən məhsulların ixracına 2023-cü il dekabrın 31-dək icazə verilib.
Eyni zamanda, yoxlamadan keçmiş, lakin Azərbaycan Milli Qida Təhlükəsizliyi İnstitutu ilə müqavilə bağlamayan və ya onun şərtlərini yerinə yetirməyən müəssisələr bütün tələblər yerinə yetirilənə qədər göstərilən tarixdən əvvəl ixrac tədarükündə məhdudlaşdırıla bilər.
Bundan əlavə, idarənin məlumatında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq ödənişi Azərbaycandakı şirkətin ya ixracatçısı, ya da şirkətin idxalatçısı həyata keçirə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.