BAKI, 15 sentyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, agentlik tərəfindən M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilmiş planlı yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair çoxsaylı faktlar aşkar edilib. Aşkar edilmiş pozuntularla əlaqədar tibb müəssisəsinin vəzifəli şəxsi barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib edilərək inzibati tənbeh növü tətbiq edilib. Həmçinin, nöqsanların aradan qaldırılması üçün müəssisəyə vaxt verilib.
Bununla belə, müəyyən olunmuş müddət ərzində aşkar edilmiş nöqsanların aradan qaldırılmadığı müəyyən olunub. Qeyd olunanları, o cümlədən radioloji fəaliyyətlə bağlı aşkar edilmiş nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükəni nəzərə alaraq, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb.
Xatırladaq ki, bundan əvvəl də Bakı şəhərində yerləşən 5 və 39 nömrəli Şəhər poliklinikalarında, 1 və 2 nömrəli Uşaq Stomatoloji poliklinikalarında, 1 nömrəli Tələbə Poliklinikasında və Müharibə Veteranları Respublika Xəstəxanasında radiasiya təhlükəsizliyi tələblərinə riayət edilmədən və "xüsusi icazə"si olmadan rentgen kabinetlərinin fəaliyyət göstərdiyi müəyyən edilib.
13.05.23, 13:10
Fövqəladə Hallar Nazirliyi rentgen müayinələri ilə bağlı əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) rentgen müayinələri ilə bağlı əhaliyə müraciət edib.
Bildirilir ki, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə keçirilən tədbirlər zamanı bəzi tibb müəssisələrində rentgen müayinələrinin zəruri təhlükəsizlik tələbləri təmin edildikdən sonra verilən xüsusi icazə olmadan həyata keçirildiyi müəyyən edilib. Bu isə ciddi pozuntu olmaqla, insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyidir. Agentlik tərəfindən pozuntular aşkar olunmuş belə müəssisələr barəsində qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi təmin edilir.
Bu çərçivədə keçirilən tədbirlər zamanı bəzi tibb müəssisələrində rentgen müayinələrinin zəruri təhlükəsizlik tələbləri təmin edildikdən sonra verilən xüsusi icazə olmadan həyata keçirildiyi müəyyən edilib. Bu isə ciddi pozuntu olmaqla, insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyidir. Agentlik tərəfindən pozuntular aşkar olunmuş belə müəssisələr barəsində qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi təmin edilir.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, həyat və sağlamlığa yaratdığı təhlükə nəzərə alınaraq rentgen müayinələri üçün yalnız “xüsusi icazə”si olan tibb müəssisələrinə müraciət edilməsini və “xüsusi icazə” olmadan fəaliyyət göstərən müəssisələr aşkar edildikdə Nazirliyin “112” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir. Rentgen və kompüter-tomoqrafiya müayinələri ilə bağlı “xüsusi icazə”si olan müəssisələrin daim yenilənən siyahısı ilə Fövqəladə Hallar Nazirliyinin rəsmi internet portalında (https://www.fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1000) tanış olmaq mümkündür.