AZƏRBAYCAN XƏBƏRLƏRİ

Faktiki hava: Naxçıvanda 30 dərəcə isti var

Bakıda və Abşeron yarımadasında 24 , Naxçıvan MR-da 30 dərəcəyədək isti olub.
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. Sentyabrın 14-də Bakıda iqlim normasından 1.4 dərəcə aşağı olub. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında 24 dərəcəyədək isti, Naxçıvan MR-da 30 dərəcəyədək isti, Aran rayonlarında 28 dərəcəyədək isti, dağlıq rayonlarda 11-16 dərəcə isti olub.
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 15-i saat 9-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti 14-ü gündüz saatlarında tədricən kəsilib. 15-i gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.
Bu barədə Xidmətdən xəbər verilib. Düşən yağıntının miqdarı Biləsuvar, Lerikdə 6 mm, Yardımlı, Beyləqan, Neftçala, Culfa, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Ağsu, Astarada 3 mm-dək olub. Duman Şəmkir, Şamaxı, Lerik, Qrızda müşahidə olunub.