BAKI, 15 sentyabr — Sputnik. Azərbaycanda ümumi məbləği 15 min manatdan çox olan qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısında dəyişiklik edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanuna dəyişiklik layihəsində qeyd olunub.
Qanun layihəsində dəyişikliklə qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlərin nağdsız qaydada həyata keçiriləcək.