CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Axtarışda olan ermənilərin tutulub istintaqa təhvil verilməsi işləri sürətləndirilib

Baş prokuror bildirib ki, ölkədaxili istintaq zamanı əldə edilən sübutlar aidiyyəti qurumlar, o cümlədən Xarici İşlər Nazirliyi tərəfindən həmin beynəlxalq məhkəmələrə təqdim edilir.
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. Azərbaycanla Ermənistan sərhədində Laçın buraxılış məntəqəsi qurulandan və onun fəaliyyətə başlamasından sonra axtarışda olan 400-ə yaxın axtarışda olan erməni əsilli şəxsin tutulub istintaqa təhvil verilməsi işləri sürətləndirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev İƏT Baş prokurorlarının 4-cü iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Baş prokurorun sözlərinə görə, Qarabağda hərbi cinayətlər törətmiş ermənilərin bir qismi həbs edilib:
"Bilirsiniz ki, ölkədaxili prosedurlara uyğun olaraq biz həmin cinayətləri törətmiş erməni əsilli şəxslərin bir neçəsi həbs edilib, məsuliyyətə cəlb olunub. Onların arasında artıq məhkum olunanlar da var, digərlərinin barəsində araşdırma davam edir.
Ümumiyyətlə qeyd edim ki, sərhəddə Laçın buraxılış məntəqəsi qurulandan sonra, onun fəaliyyətə başlamasından sonra axtarışda olan 400-ə yaxın axtarışda olan erməni əsilli şəxsin tutulub istintaqa təhvil verilməsi işləri sürətləndirilib. Ümid edirəm ki bu istiqamətdə də gələcəkdə daha müsbət nəticələr əldə edəcəyik. Beynəlxalq məhkəmələrə gəlincə isə, bizim ölkədaxili istintaq zamanı əldə etdiyimiz sübutlar aidiyyəti qurumlar, o cümlədən Xarici İşlər Nazirliyi tərəfindən həmin beynəlxalq məhkəmələrə təqdim edilir" - deyə Kamran Əliyev bildirib.