BAKI, 15 sentyabr — Sputnik. Amerika Birləşmiş Ştatları Ukrayna ordusunun əlində kasetli sursatlardan istifadə edir, baxmayaraq ki, özləri onlardan istifadəni cinayət adlandırırlar.
Bunu Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.
"Axı, kaset sursatlarından istifadə edən tərəf ABŞ-dır. Bugünkü halda, sadəcə olaraq, Ukrayna ordusunun əli ilə. Və həmin tərəf bunun cinayət olduğuna inanır, lakin istifadə etməyə özünə icazə verir", - deyə Putin bəyan edib.
O əlavə edib ki, beynəlxalq münasibətlərin əsas problemi məhz ikili standartlar siyasətidir və buna görə də dünyanın əksər dövlətləri çoxqütblü dünya yaratmaq üçün Rusiya ilə birgə mübarizə aparır.
Dövlət başçısı əlavə edib ki, bu vəziyyət demək olar heç kimə sərf etmir.
"Ona görə "demək olar" deyirəm ki, hətta ABŞ-ın müttəfiqi olan ölkələr də - sizi əmin edirəm ki, onlar da hansısa əlavə kimi saxlanılmağı sevmir və bu vəziyyətdən xoşlanmırlar. Buna görə də, bəli, təəssüf ki, özləri bunu cinayət adlandırırlar və yenə də özləri edirlər", – deyə Rusiya dövlətinin başçısı qeyd edib.
Ukraynadakı vəziyyət
Putinin sözlərinə görə, Rusiya həm döyüş meydanında, həm də təlimlərin keçirildiyi Ukrayna bölmələrində əcnəbi muzdluların və təlimatçıların olmasını aşkarlayır.
"Mənim fikrimcə, dünən və srağagün kimsə yenə əsir götürülüb", - deyə o vurğulayıb.
Putin Rusiyanın Şimali Koreyadan könüllüləri xüsusi hərbi əməliyyata cəlb etməsi ilə bağlı məlumatları cəfəngiyyat adlandırıb.
O, əlavə edib ki, Rusiyanın kənardan insanları döyüşə dəvət etməsinə ehtiyac yoxdur, çünki 300 min insan könüllü kimi gəlib. Eyni zamanda, formalaşan bölmələr müasir silah və texnika ilə təchiz olunub", - deyə prezident vurğulayıb.
Rusiya-KXDR əməkdaşlığı
"Rusiya heç vaxt heç nəyi pozmur və heç nəyi pozmaq niyyətində deyil, lakin KXDR ilə münasibətləri inkişaf etdirmək üçün imkanlar axtaracaq", - deyə Rusiya dövlətinin başçısı qeyd edib.
"Koreya bizim qonşumuzdur, biz qonşularımızla bu və ya digər şəkildə mehriban qonşuluq münasibətləri qurmalıyıq. Bəli, Koreya yarımadası ilə bağlı müəyyən xüsusiyyətlər var, biz bunu müzakirə edirik, açıq şəkildə müzakirə edirik", - deyə Putin bildirib.