BAKI, 14 sentyabr - Sputnik. Kreml Bakı ilə İrəvan arasında gərginliyin səngiməməsindən və bəzi bölgələrdə gərginliyin artmağa meylindən narahatdır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Gərginliyin səngiməməsindən və hətta bəzi sahələrdə artmağa meylli olmasından narahatıq”, - deyə Peskov cümə axşamı jurnalistlərə bildirib.
Kreml sözçüsü bildirib ki, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır.
Peskov onu da əlavə edib ki, Bakı və İrəvanla təmaslar davam edir.
“Əlbəttə, biz hər iki tərəfi təmkin nümayiş etdirməyə və 2 il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərin ruhunda, əlbəttə ki, o vaxtdan bəri ortaya çıxan yeni reallıqları nəzərə alaraq hərəkət etməyə çağırırıq”, - deyə Peskov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.