DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanda qadınlar könüllü olaraq hərbi xidmətə cəlb ediləcək

Qanuna müvafiq dəyişiklikləri ölkənin müdafiə naziri Suren Papikyan Nazirlər Kabinetinin iclasında təqdim edib.
Sputnik
BAKI, 14 sentyabr — Sputnik. Ermənistanda qadınlar könüllü olaraq 6 ay müddətinə hərbi xidmətə cəlb ediləcək.
APA xəbər verir ki, qanuna bu barədə müvafiq dəyişiklikləri ölkənin müdafiə naziri Suren Papikyan Nazirlər Kabinetinin iclasında təqdim edib.
Nazir qeyd edib ki, qadınların orduya qəbulu cari ilin qış çağırışın zamanı həyata keçiriləcək. Hərbi xidməti başa vurduqdan sonra qadınlar 1 milyon dram (2 500 dollar) məbləğində ödəniş alacaqlar.
Həmçinin əlavə olunub ki, qadınlar hərbi xidmətə çağırış gününə qədər xidmətdən imtina etmək hüququna malik olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.