RUSİYA

Ursula fon der Lyayen Aİ-də ruslara qoyulan qadağalara görə irqçilikdə ittiham edilib

Filipponun fikrincə, qadağanın tətbiqi yalnız gərginliyi artırmağa və Aİ-ni "Amerikanın neokonservativ gündəliyinə" tabe etdirməyə xidmət edir.
Sputnik
BAKI, 13 sentyabr — Sputnik. Bu yaxınlarda AK rəhbəri Ursula fon der Lyayen tərəfindən elan edilmiş rusların Rusiya Federasiyasında qeydiyyatda olan avtomobillərlə Avropa İttifaqına daxil olmasına qadağa irqçiliyin təzahürüdür.
Bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsində bildirib.
"Ursula fon der Lyayen indicə bunu açıqladı: bundan sonra ruslara, bütün rusiyalılara Aİ-yə avtomobil, mobil telefon və hətta tualet kağızı gətirmək qadağandır. Yəqin ki, "Avropa dəyərləri" bunlardır, elə deyilmi?" – deyə siyasətçi yazıb.
Filippo hesab edir ki, qadağanın tətbiqi yalnız gərginliyi artırmağa və Aİ-ni "Amerikanın neokonservativ gündəliyinə" tabe etməyə xidmət edir.
Ötən bazar günü məlum olub ki, Rusiya Federasiyası vətəndaşlarına "qadağan olunmuş idxal" kateqoriyasına aid olan avtomobilləri və şəxsi əşyaları Aİ-yə daxil etmək qadağan edilib. Rusiya Xarici İşlər Nazirliyi Aİ-nin bu qərarını "irqçilik" adlandırıb.