DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Sarkozi Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxıb

Eks-prezident münaqişəyə son qoymağın iki yolunu göstərib - dünya müharibəsinə çevrilə biləcək hərbi toqquşma və ya diplomatik danışıqlar.
Sputnik
BAKI, 13 sentyabr — Sputnik. Fransanın keçmiş Prezidenti Nikola Sarkozi Ukraynanın NATO-ya daxil olmasının sülhə gətirib çıxarmayacağını, Rusiya tərəfindən təxribat kimi qiymətləndiriləcəyini bildirib.
O, bu barədə "BFMTV" telekanalının efirində bildirib.
O, hesab edir ki, Ukrayna neytral statusa malik olmalı və BMT vasitəsilə təhlükəsizlik zəmanəti almalıdır. Sarkozinin fikrincə, bu yanaşma müzakirəyə layiqdir.
Siyasətçi münaqişəyə son qoymağın iki yolunu göstərib - dünya müharibəsinə çevrilə biləcək hərbi toqquşma və ya diplomatik danışıqlar.
Eks-prezident Rusiya ilə Avropanın qonşular kimi əməkdaşlığının vacibliyini vurğulayıb. O, Makronun Rusiya lideri ilə əlaqə saxlamaq istəyini bəyənib.
Bundan əvvəl Medvedev Sarkozinin timsalında köhnə və yeni Avropa siyasətçilərini müqayisə edib.