SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İranın müdafiə naziri: Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma baş verməyəcək

"Biz Qafqazda müharibə olmayacağına inanırıq və bu məsələdə İranın mövqeyini açıq şəkildə bəyan etmişik. Biz dövlətlərarası sərhədlərin dəyişdirilməsini qəbul etmirik, yaxın gələcəkdə regionda ciddi heç nə baş verməyəcəyinə inanırıq", - nazir qeyd edib.
Sputnik
BAKI, 13 sentyabr — Sputnik. İran hesab edir ki, Ermənistanla Azərbaycan arasında yaxın gələcəkdə hərbi qarşıdurma baş verməyəcək.
APA "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Məhəmmədrza Aştiyani deyib.
"Biz Qafqazda müharibə olmayacağına inanırıq və bu məsələdə İranın mövqeyini açıq şəkildə bəyan etmişik. Biz dövlətlərarası sərhədlərin dəyişdirilməsini qəbul etmirik, yaxın gələcəkdə regionda ciddi heç nə baş verməyəcəyinə inanırıq", - nazir qeyd edib.
SİYASƏT
İran XİN: "İranın Qarabağ ərazisi ilə bağlı mövqeyi heç kimdən gizli deyil"