BAKI, 13 sentyabr - Sputnik. İrəvan sülh müqaviləsi üzrə dünən Bakıdan yeni təkliflər alıb.
APA xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan parlamentdə bildirib.
O, İrəvanın bundan əvvəl sülh müqaviləsinin mətninə düzəlişlərin 5-ci paketini Azərbaycan tərəfinə təqdim etdiyini xatırladıb.
“Proses gedir, müzakirələr də həmçinin. Təəssüf ki, tərəflərin mövqelərinin hələlik bir-birindən uzaq olduğu vacib məsələlər var”, - Mirzoyan qeyd edib.
İki ölkə liderlərinin görüşü
Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev oktyabrda İspaniyanın Qranada şəhərində görüşə bilərlər.
"Bir dəfə demişdim ki, demək olar ki, həmişə görüşlər və danışıqlarla bağlı təkliflər olur. Bu cür ilkin razılaşmalar da var. Brüsseldə baş nazirin (Nikol Paşinyan - red.) iştirakı ilə keçirilən görüşdən sonra onlar liderlərin iştirakı ilə daha bir görüşün də planlaşdırıldığını açıqladılar. Oktyabrda Qranadada”, - Mirzoyan deyib.