RUSİYA

Lavrov BMT Baş Assambleyası çərçivəsində ŞƏT XİN-lərinin iclasında iştirak edəcək

ŞƏT formatında beynəlxalq və regional məsələlər, eləcə də təşkilatın özünün təkmilləşdirilməsi məsələləri müzakirə olunacaq.
Sputnik
BAKI, 13 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyası çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) xarici işlər başçılarının iclasında iştirak edəcək. İran isə ilk dəfə təşkilatın üzvü kimi təmsil olunacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova xəbər verib.
"Sentyabrın 20-21-də Sergey Lavrov ŞƏT-ə üzv ölkələrin xarici işlər idarələri rəhbərlərinin fövqəladə iclasında və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirlərinə dair iclas çərçivəsində nazirlərin ənənəvi qeyri-rəsmi görüşündə iştirak edəcək", - deyə Zaxarova brifinqdə bildirib.
O əlavə edib ki, ŞƏT formatında beynəlxalq və regional məsələlər, eləcə də təşkilatın özünün təkmilləşdirilməsi məsələləri müzakirə olunacaq.
"İyulda ŞƏT-in 9-cu üzvü olan İran ilk dəfə iclasda iştirak edəcək", - deyə Zaxarova bildirib.