PAYTAXT XƏBƏRLƏRİ

Bakı metrosundan istifadə edənlərin sayı artıb

Ötən ilin müvafiq dövründə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 128,4 milyon nəfər olub.
Sputnik
BAKI, 13 sentyabr - Sputnik. Cari ilin yanvar-avqust aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, yeraltı nəqliyyat vasitəsindən istifadə edənlərin sayı 7,9% artaraq 138,4 mln. nəfər olub.
Ötən ilin müvafiq dövründə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 128,4 milyon nəfər olub.